Çimərlik voleybolu üzrə Azərbaycan millisi beynəlxalq turnirin qalibi olub
Bakı, 13 avqust, AZƏRTAC
Çimərlik voleybolu üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Türkiyənin Tekirdağ bölgəsində təşkil olunan və FIVB reytinq xalları qazandıran açıq çempionatın qalibi olub.
Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 16 komandanın mübarizə apardığı yarışda Azərbaycanı İbrahim Məmmədov və Muhəmməd Aslanlı cütlüyü təmsil edib. Voleybolçularımız bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.
Qadınların yarışında mübarizə aparan Səbinə Əlizadə və Leyla Əliyeva cütü isə 16 komanda arasında 4-cü yeri tutub.
Qeyd edək ki, baş məşqçi Atvars Vildenin rəhbərliyi ilə çimərlik voleybolçularımız Türkiyədə daha bir beynəlxalq yarışda çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:00]
“Sumqayıt” basketbolçusu ilə yeni müqavilə imzalayıb
- 22.09.2026 [15:57]
Kipr klubunun azərbaycanlı futbolçusu zədəsini tam sağaldıb
- 22.09.2026 [15:21]
“Real Madrid”in kapitanı 2 həftə oynaya bilməyəcək
- 22.09.2026 [15:08]
Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib
- 22.09.2026 [15:04]