DÜNYA
Çin Avropa İttifaqının ali nümayəndəsi Cozep Borrelin Pekinə səfərini ləğv edib
![Çin Avropa İttifaqının ali nümayəndəsi Cozep Borrelin Pekinə səfərini ləğv edib](/files/2023/2/1200x630/16885309523888910559_1200x630.jpg)
Bakı, 5 iyul, AZƏRTAC
Çin Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin gələn həftə Pekinə nəzərdə tutulmuş səfərini ləğv edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Xidmətinin mətbuat katibi Nəbilə Məsrəli məlumat verib.
Onun sözlərinə görə, Çin tərəfi Cozep Borrelin iyulun 10-a Pekinə nəzərdə tutulmuş səfərinin artıq mümkün olmayacağını və bununla bağlı başqa alternativlərin axtarılacağını bildirib.
Səfər çərçivəsində Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsinin Çin rəsmiləri ilə yüksək səviyyəli görüşləri və bu görüşlərdə Rusiya-Ukrayna müharibəsi, insan haqları və digər məsələlərlə bağlı müzakirələr aparacağı gözlənilirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.07.2024 [19:18]
ABŞ-da atışma zamanı 3 nəfər ölüb
- 01.07.2024 [18:13]
Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb
- 01.07.2024 [18:05]
Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir
- 01.07.2024 [18:04]
Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər
- 01.07.2024 [17:27]
Şotlandiyadakı ada ən azı 600 min avroya satışa çıxarılıb
- 01.07.2024 [17:22]
Beynəlxalq Buker mükafatının ilk laureatı İsmayıl Kadare vəfat edib
- 01.07.2024 [17:10]