ÇİN AVTOMOBİL İXRAC EDƏN ÖLKƏYƏ ÇEVRİLMİŞDİR
Avropa ekspertləri bildirirlər ki, Çinin avtomobil ixracçısına çevrilməsi dünya iqtisadiyyatında böyük dönüşdür. Hələlik avtomobil ixracı Çinin inkişaf etməkdə olan ölkələrə göndərdiyi yük maşınları hesabına artır. Hazırda bu avtomobilləri daha çox Suriya, Əlcəzair və Vyetnam alır.
Keyfiyyətcə hələ fərqlənməyən Çin yük maşınları qiymətinin aşağı olması ilə cəlbedicidir. Ekspertlərin fikrincə, yaxın illərdə Çin minik maşınlarının ixracı üzrə də dünya bazarını fəth edəcəkdir. Sürətlə inkişaf edən Çin avtomobil sənayesinin güclü cəhəti ondan ibarətdir ki, ölkədə dünyanın iri avtomobilqayırma şirkətləri ilə müştərək müəssisələr fəaliyyət göstərir. Nəticədə Çində avtomobilqayırma sənayesi sahəsində ən yeni texnologiyalar tətbiq edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]