Çin əcnəbilərin ölkəyə girişini məhdudlaşdırıb
Pekin, 26 mart, AZƏRTAC
Çin Xalq Respublikası hökuməti xaricdən ölkəyə yeni növ koronavirus (COVID-19) infeksiyasının axınının qarşısını almaq üçün əcnəbilərin ölkəyə girişini müvəqqəti olaraq məhdudlaşdırmaq barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, qərara əsasən martın 28-dən etibarən qüvvədə olan vizası və yaşayış icazəsi olan bütün əcnəbilərin Çinə girişinə icazə verilməyəcək. Çin Xarici İşlər Nazirliyinin və Dövlət Miqrasiya Administrasiyasının birgə yaydığı məlumatda deyilir ki, vacib iqtisadi-ticari, elmi, habelə təcili humanitar səbəblər üçün Çinə səfər etmək istəyənlər Çinin xaricdəki səfirlik və konsulluqlarına viza üçün müraciət edə bilərlər.
Qeyd edək ki, son günlər Çinə xaricdən gələn sərnişinlər arasında COVID-19 infeksiyasına yoluxma hallarını çoxalması hökuməti sərhəd karantin tədbirlərini sərtləşdirməyə vadar edib. Ötən gün Çinə xaricdən gələnlər arasında 67 nəfərin virus daşıyıcısı olduğu aşkarlanıb. Ümumilikdə isə xaricdən gələn 541 nəfərin COVID-19 xəstəsi olduğu müəyyən edilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]