Çin müdafiə xərclərini 6,8 faiz artırır
Pekin, 5 mart, AZƏRTAC
Çin 2021-ci il üçün müdafiə xərclərini əvvəlki illə müqayisədə 6,8 faiz artıraraq, 1,35 trilyon yuana (təxminən 209 milyard ABŞ dolları) çatdıracaq.
AZƏRTAC xəbər verir ki, bu, martın 5-də Pekində işə başlayan 13-cü çağırış Çin Xalq Nümayəndələri Yığıncağının dördüncü sessiyasında təqdim edilən büdcə layihəsində əksini tapıb. Layihə martın 11-də başa çatacaq sessiyanın gedişində təsdiq üçün səsverməyə çıxarılacaq.
Bildirilir ki, artım ölkənin müdafiə qüdrətinin və milli təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəldiləcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:33]
Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]