ÇİN ÖZ HAVA MƏKANINDA MDB ÖLKƏLƏRİ TƏYYARƏLƏRİNİN BÜTÜN ÇARTER REYSLƏRİNİ MÜVƏQQƏTİ DAYANDIRIR
Çin Baş Mülki Aviasiya İdarəsinin Rusiyanın və digər keçmiş sovet respublikalarının aviasiya xidmətlərinə ünvanlanmış teleqramında deyilir ki, çarter reyslərinin müvəqqəti dayandırılması barədə qərar son vaxtlar Çinin hava limanlarında baş vermiş bir sıra hadisələrlə əlaqədardır. Mayın 18-də Urumçi (Sintszyan-Uyqur muxtar rayonu) yaxınlığında İl-76 nəqliyyat təyyarəsinin qəzaya uğraması və nəticədə uçuş heyətinin 7 üzvünün hamısının həlak olması xüsusi narahatlıq doğurmuşdur.
Qadağa Çin tərəfindən təyyarə ilə daşımaların bütün ixtisas tələblərinə uyğunluğunun yoxlanması başa çatanadək qüvvədə olacaqdır. Bu məhdudiyyətlər, ilk növbədə, Rusiyanın aviadaşıyıcılarına mənfi təsir göstərəcəkdir, çünki Çindən hava ilə kommersiya yük daşımalarının əsas hissəsini onların təyyarələri yerinə yetirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]