Çində bazarda baş verən partlayışda ölənlərin sayı 25-ə yüksəlib
Pekin, 14 iyun, AZƏRTAC
Çinin Hubey vilayətində yaşayış məhəlləsindəki bazarda təbii qaz sızmasından baş verən partlayışda ölənlərin sayı 25-ə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə vilayət hökumətinin rəsmiləri açıqlama yayıblar. Bildirilir ki, Şiyan şəhərində iyunun 13-də səhər saatlarında baş vermiş partlayış nəticəsində dağıntı altında qalanlar olub. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dağıntı altından 35 nəfəri sağ çıxarıblar.
Qeyd edək ki, Şiyan şəhərinin Canvan rayonunda baş verən partlayışdan sonra ərazidən 12 nəfərin meyiti tapılmışdı, 37-si ağır olmaqla, 138 nəfər yaralanmışdı. Partlayış nəticəsində bazar binası yararsız hala düşüb, bundan başqa ətrafdakı yaşayış və inzibati binalara, habelə avtomobillərə xeyli ziyan dəyib.
Axtarış-xilasetmə işləri davam etdirilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:43]
Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb
- 14.10.2026 [12:33]
Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
- 14.10.2026 [12:26]
Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb
- 14.10.2026 [12:11]