Çində beşyaşlı uşağa süni ürək qoyulub
Pekin, 25 sentyabr, AZƏRTAC
Çinin Ciansu əyalətində həkimlər ürək çatışmazlığının son mərhələsində olan beşyaşlı uşağa süni ürəyi uğurla implantasiya ediblər.
AZƏRTAC xəbər verir ki, bu, dünya tibb tarixinə yaşda ən aşağı, çəkidə ən yüngül xəstəyə süni ürək implantasiyası əməliyyatı kimi düşüb. Doqquz saat davam edən əməliyyat avqustun 20-də əyalətin paytaxtı Nankin şəhərindəki Tibb Universitetinin uşaq xəstəxanasında aparılıb. Çəkisi 13 kiloqram olan uşağa 3 il əvvəl nadir və ağır xəstəlik olan restriktiv kardiomiopatiya diaqnozu qoyulub. Onun vəziyyəti iyul ayında kəskin şəkildə pisləşib, nəticədə həyatı üçün təhlükə yaranıb. Tibb qrupu bu yaşda uşaqlar üçün donor ürək çatışmazlığını nəzərə alaraq, transplantasiya üçün körpü kimi iki mədəcikli süni ürək implantını seçib.
Uşaq əməliyyatdan cəmi bir həftə sonra normal qidalanmağa başlayıb və qısa məsafələr qət edə bilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]