Çində yanacağın pərakəndə və topdan satış qiymətləri yenidən artıb
Pekin, 4 mart, AZƏRTAC
Çində avtomobil benzini ilə dizel yanacağının topdan və pərakəndə satış qiymətləri cari il ərzində 4-cü dəfə qaldırılıb.
AZƏRTAC xəbər verir ki, Çin Milli İnkişaf və İslahat Komitəsinin qərarına əsasən, martın 4-dən etibarən benzin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 260 yuan (40,27 ABŞ dolları) və 250 yuan (38,72 dollar) artırılıb. Ölkənin neft emalı və satışı şirkətlərindən yanacağın topdan və pərakəndə satış qiymətlərinin yeni qərara uyğunlaşdırılması xahiş edilib. Bahalaşmaya səbəb dünya bazarında xam neft qiymətlərinin artmasıdır.
Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:05]
Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb
- 08.06.2026 [14:27]
İyunun 8-i Ümumdünya Okeanlar Günüdür
- 08.06.2026 [14:25]
Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]