Çində yoxsulluğa qarşı mübarizə çərçivəsində vergi güzəşti edilib
Bakı, 2 mart, AZƏRTAC
2020-ci ildə Çində yoxsulluğa qarşı mübarizənin gücləndirilməsi çərçivəsində vergi və yığımların həcmində 102 milyard yuan (15,84 milyard dollar) azalma olub. Bu göstərici 2015-ci ildən bəri 30 faiz təşkil edir.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, Çin ərazisində yoxsulluqla mübarizə məqsədi daşıyan məhsulların istehsalı ilə məşğul olan 4500-dən çox şirkətin ümumi satış dövriyyəsi ötən il 32,9 faiz artıb, bu göstərici 2019-cu ilin göstəricisi ilə müqayisədə 19,4 faiz yüksəkdir. Çinin Dövlət Vergi Administrasiyasının açıqlamasında bunun yoxsulluğun istehlak hesabına azaldılması sahəsində dövlətin qətiyyətli addımlarının uğurlu olduğu vurğulanıb.
Çində yoxsulluğa qarşı genişmiqyaslı mübarizə proqramının icrasına 2012-ci ildə başlanıb. Ötən 9 il ərzində hazırkı gəlir səviyyəsinə görə kənd ərazilərinin yoxsulluqdan çıxdığı və yoxsul inzibati bölgələrin siyahıdan çıxarıldığı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:45]
Yunanıstan süni intellekt sahəsində ABŞ nəhəngləri ilə danışıqlar aparıb
- 22.09.2026 [15:44]
Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]