Çinin “Tyanven-1” kosmik aparatı Mars orbitindən yeni fotoşəkillər göndərib
Bakı, 4 mart, AZƏRTAC
Çinin “Tyanven-1” avtomatik planetlərarası kosmik stansiyası Mars orbitindən yeni ağ-qara və rəngli fotoşəkillər göndərib.
AZƏRTAC Çinin Milli Kosmik Agentliyinin saytına istinadla xəbər verir ki, ağ-qara fotoşəkillər 330-350 kilometr yüksəklikdən çəkilib. Bu şəkillərdə planetin səthində olan kraterlər, dağ silsilələri və qum təpələri aydın görünür. Fotoşəkillərdə qeydə alınan ən böyük kraterin diametri təxminən 620 metrdir. Rəngli fotoşəkildə isə planetin şimal qütb dairəsi əks olunur.
2020-ci il iyulun 23-də “Çançjen-5” daşıyıcı raketi vasitəsilə fəzaya çıxarılan “Tyanven-1” kosmik stansiyası fevralın 10-da Marsın ilkin elliptik orbitinə, fevralın 24-də isə dayaq orbitinə uğurla daxil olub. Mütəxəssislər onun may-iyun aylarında Utopiya düzənliyinin cənub hissəsinə yumşaq eniş edəcəyini gözləyirlər. Planetin bu hissəsində qrunt sularının olması ehtimal edilir. Mars zondu orada torpağın, ionosferin və iqlimin tədqiqi ilə məşğul olacaq.
Missiyanın əsas məqsədi Marsın gələcəkdə insan həyatı üçün yararlı ola biləcəyi barədə suallara cavab tapmaqda alimlərə kömək etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]