CORC SOROS GÜRCÜSTANA MALİYYƏ YARDIMI GÖSTƏRƏCƏKDİR
Amerika milyarderi, sərmayəçi və xeyriyyəçi Corc Soros Gürcüstana əsaslı maliyyə yardımı edəcəyini bildirmişdir. İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun təşkilat mərkəzinin bu barədə verdiyi məlumat Almaniyanın “Süddeutsche Zeitunq” qəzetində dərc olunmuşdur. Məlumatda bildirilir ki, Amerika milyarderi Forumun gedişində Gürcüstanın yeni seçilmiş prezidenti Mixail Saakaşvili ilə görüşmüş və göstərəcəyi yardımı müzakirə etmişdir.