COVID-19: Fransada son sutkada 23 minə yaxın yeni yoluxma qeydə alınıb
Paris, 3 mart, AZƏRTAC
Fransada son sutkada COVID-19 infeksiyasına 22 857 yeni yoluxma və 417 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb. Bildirib ki, ölkədə koronavirus qurbanlarının sayı 87 220-ə çatıb. Ölkədə pandemiya başlayandan 3 783 528 yoluxma halı təsdiqlənib. Xəstəxanalarda 25 263 koronavirus xəstəsi var. Reanimasiya şöbələrində 3 586 ağır vəziyyətdə olan koronavirus xəstəsi intensiv müalicə olunur. Son 24 saatda reanimasiya şöbələrinə 366 ağır vəziyyətdə yeni xəstə daxil olub. Gündəlik aparılan testlərin 7.3 faizi pozitiv olur. Ölkədə koronavirusa yoluxanlar arasında Britaniya, Braziliya və Cənubi Afrika ştammları üstünlük təşkil edir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]
BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi Nyu-Yorkda başlayır
- 22.09.2026 [16:33]
Rumıniya Aİ-də benzinin ən çox bahalaşdığı ölkələr sırasındadır
- 22.09.2026 [16:32]
Rubio: Tramp İran Prezidenti ilə görüşə açıqdır
- 22.09.2026 [16:18]
Rumıniya neft tələbatının 77 faizini idxal hesabına ödəyir
- 22.09.2026 [16:05]