Cüdo hakimlərinin peşəkarlıq səviyyəsini artırmaq üçün seminar təşkil edilib
Bakı, 20 iyul, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyəti üçün seminar keçirilib.
Bu barədə AZƏRTAC-a ACF-dən məlumat verilib.
Seminarda yarışlar zamanı mübahisələrə səbəb olan epizodlar təhlil olunub. Hansı hallarda cüdoçulara cərimə və ya xəbərdarlıqların verilməli olduğu haqqında geniş müzakirələr aparılıb və bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.
Seminarın təşkil olunması hakimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə və qarşıdan gələn yerli yarışlara hazırlıq məqsədi daşıyır.
ACF-nin təşkilatçılığı ilə gələcəkdə də hakimlərin peşəkarlıq səviyyəsinin artırılması ilə əlaqədar bu cür seminarların keçirilməsi nəzərdə tutulub.