Cüdo millisinin baş məşqçisi: İnanıram ki, Avropa çempionatında uğurlu nəticələr qazanacağıq
Bakı, 3 aprel, AZƏRTAC
"Yaponiyada üç həftəlik yaxşı təlim-məşq toplanışı keçdik. Cüdoçuların hazırlığından razı qaldım".
AZƏRTAC xəbər verir ki, bu sözləri kişi cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq barədə danışarkən deyib.
Almaniyalı mütəxəssis toplanış zamanı heç bir cüdoçunun zədə almadığını bildirib: "Bu da sevindirici haldır. İndi Bakıda toplanışa davam edirik. Bu yarışda, həmçinin Olimpiya çempionları Hidayət Heydərovla Zelim Kotsoyev Paris Olimpiadasından sonra ilk dəfə tatami üzərinə çıxacaqlar. Hədəfimiz iştirak edəcəyimiz turnirlərdə uğurlu nəticə verməkdir".
O bildirib ki, cüdoda istənilən nəticə ilə rastlaşmaq olar: "Məsləsən, əfsanəvi atlet Useyn Bolt ən yaxşı formasında olduğu zaman iştirak edəcəyi yarışdan əvvəl qalib gələcəyinə əmin olur. Lakin cüdoda belə deyil. Bizim məşğul olduğumuz idman növünü gözəlləşdirən məqamlardan biri də budur".
R.Trautman favoritlərlə yanaşı, digər cüdoçulardan da medal gözlədiyini vurğulayıb: "Turan Bayramov (60 kiloqram), Ruslan Paşayev (66 kiloqram) və Zelim Tçkayevdən (81 kiloqram) medal gözləyirəm. Biz cüdoçularla fərdi olaraq hazırlaşırıq. İnanıram ki, uğurlu nəticələr qazanacağıq".
Qeyd edək ki, Avropa çempionatında ölkəmizi 12 çəki dərəcəsində ümumilikdə 16 cüdoçu (9 kişi, 7 qadın) fərdi yarışlarda təmsil edəcək. Yarış aprelin 23–27-də təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:16]
UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub
- 10.08.2026 [17:08]
Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar
- 10.08.2026 [16:41]
Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək
- 10.08.2026 [16:14]
“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi
- 10.08.2026 [15:11]
NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib
- 10.08.2026 [13:56]
Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb
- 10.08.2026 [13:30]
“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib
- 10.08.2026 [13:24]