Cüdo üzrə Azərbaycan milli komandası Almatı Qran-prisinə hazırlaşır
Bakı, 12 may, AZƏRTAC
Bu gün Heydər Əliyev adına İdman Sarayında cüdo üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçirilir.
AZƏRTAC xəbər verir ki, toplanışda millimizin əvəzedici heyəti, yeniyetmə və gənc cüdoçular, həmçinin paralimpiyaçılarımız iştirak edib. Məşqlərə millinin əsas üzvlərindən yalnız Orxan Səfərov qatılıb.
Qazaxıstanda keçiriləcək Almatı Qran-prisinə yola düşmələri səbəbindən milli komandamızın digər aparıcı cüdoçularına istirahət verilib.