Dani Alves cinsi təcavüz ittihamı ilə həbs olunub
Bakı, 21 yanvar, AZƏRTAC
İspaniya məhkəməsi Barselonanın gecə klubunda qadına qarşı cinsi təcavüz ittihamı ilə braziliyalı futbolçu Dani Alvesin həbsinə qərar verib.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, ittiham aktını rədd edən 39 yaşlı futbolçu Barselona yaxınlığındakı “Brians 1” həbsxanasına aparılıb.
Cümə günü yerli polis Alvesi saxlayıb sorğu-sual etdikdən sonra o, hakim qarşısına çıxıb. Dövlət ittihamçısı onun mühakimə olunana qədər zaminə buraxılmadan həbs edilməsini istəyib.
Kataloniya Məhkəməsinin məlumatında deyilir ki, cinsi təcavüzə məruz qaldığını iddia edən qadın bu ayın əvvəlində şikayət edib və iş açıq qalır.
Alves bir müddət öncə “Antena 3” TV-yə Barselona klubunda insanlarla birlikdə olduğunu bildirsə də, cinsi təcavüz faktını rədd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]