David Zalkaliani: Türkiyə Gürcüstanın əsas strateji tərəfdaşıdır
Tbilisi, 3 mart, AZƏRTAC
Türkiyə Gürcüstanın əsas strateji tərəfdaşı və dəstəkçisidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyəyə rəsmi səfərə yollanan Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, səfər çərçivəsində Qara dəniz bölgəsində və ondan kənarda əməkdaşlıq məsələləri müzakirə olunacaq.
XİN başçısı Gürcüstan ilə Türkiyənin pandemiya ilə mübarizə, həmçinin iqtisadiyyatın bərpası baxımından ümumi problemlərinin olduğunu bildirib. Nazir deyib ki, COVID-19 pandemiyası dövründə Türkiyənin Gürcüstana köməyi nəzərəçarpacaq dərəcədə böyük olub. Türkiyə hər zaman çətin dövrlərdə Gürcüstana dəstək olub və buna görə Türkiyəyə təşəkkür edirik.
Gürcüstan-Türkiyə-Azərbaycan XİN başçılarının təxirə salınan Bakı görüşünə toxunan D.Zalkaliani deyib: “Bu yaxınlarda üçtərəfli görüş planlaşdırılmışdı, lakin baş tutmadı. Türkiyəli həmkarımdan rəsmi səfərə dəvət aldım və yalnız ikitərəfli münasibətlər deyil, regional kontekstdə də aktual olan əsas məsələləri müzakirə etmək imkanı əldə etdim”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]
BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi Nyu-Yorkda başlayır
- 22.09.2026 [16:33]
Rumıniya Aİ-də benzinin ən çox bahalaşdığı ölkələr sırasındadır
- 22.09.2026 [16:32]
Rubio: Tramp İran Prezidenti ilə görüşə açıqdır
- 22.09.2026 [16:18]
Rumıniya neft tələbatının 77 faizini idxal hesabına ödəyir
- 22.09.2026 [16:05]