“DEBÜTBANK”IN YENİ XİDMƏT NÖVÜ
“Debütbank” səhmdar-kommersiya bankı depozitar özəklər şəklində yeni xidmət növü göstərməyə başlayır. Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda onun müxtəlif qiymətli kağız və sənədlərin saxlanılması üçün nəzərdə tutulan 100 depozitar özəyi var. Bu özəklərin uzunmüddətli istifadəyə verilməsi üçün bir neçə şirkətlə danışıqlar aparılır.