DGK: Külli miqdarda narkotik vasitə aşkarlanıb



Bakı, 16 mart, AZƏRTAC
Yük nəqliyyat vasitəsindən “kahı” formasına salınaraq gömrük nəzarətindən gizlədilməyə cəhd göstərilən külli miqdarda narkotik vasitə-marixuana aşkar edilib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsi “Astara” gömrük postunun idxal nəzarət xəttində saxlanılıb.
Stasionar rentgen qurğusunda baxış zamanı yük nəqliyyat vasitəsində şübhəli cizgilər müşahidə edilib və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.
Xidməti it nəqliyyat vasitəsindəki 2 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdə gömrük nəzarətindən gizlədilən 264 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 101 kiloqram 732 qram narkotik vasitə-marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [17:10]
Sosial layihə: “Həmkardan həmkara qayğı ilə”
- 25.04.2025 [17:06]
Belarus Daxili İşlər Nazirliyin əməkdaşları ölkəmizdə səfərdə olublar
- 25.04.2025 [16:37]
AQTA-nın sədri Ağsuda vətəndaşların müraciətlərini dinləyib
- 25.04.2025 [16:13]
Karbon izini ölç, təbiəti qoru: “Ecotracker” mobil tətbiqi təqdim olundu
- 25.04.2025 [16:07]