DİM Kembricin TKT imtahanını təşkil edəcək
Bakı, 23 avqust, AZƏRTAC
Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 27-də ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının modulları üzrə imtahan keçirəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan TKT Modul 1, TKT Modul 2, TKT Modul 3, TKT Modul YL (Young Learners - azyaşlı öyrənənlərə dilin tədrisi), TKT Modul CLIL (Content and Language Integrated Learning - dilin məzmunla inteqrativ tədrisi) üzrə təşkil ediləcək. Kağız əsaslı TKT imtahanı avqustun 27-də saat 09:00-da DİM-in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında keçiriləcək.
İmtahan iştirakçıları avqustun 27-si saat 08:00-dən gec olmayaraq şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, həmçinin imtahanda iştirak üçün təsdiq sənədi ilə birlikdə imtahanın keçiriləcəyi müvafiq binada olmalıdırlar.
Kembric imtahanları barədə ətraflı məlumat DİM-in saytında yerləşdirilib. Əlavə məlumat üçün [email protected] ünvanına yazmaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]