DİN-in əməkdaşı: Bakı Atıcılıq Mərkəzində təşkilatçılıq yüksək səviyyədə idi
Bakı, 24 sentyabr, AZƏRTAC
Yarış çox maraqlı keçdi. Təşkilatçılıq yüksək səviyyədə idi. Hər birimiz razı qaldıq. Hər hansı mənfi halla rastlaşmadıq. Yarışın təşkilatçılarına və bütün iştirakçılara öz təşəkkürümü bildirirəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Daxili İşlər Nazirliyinin əməkdaşı Sərxan Quluzadə Bakı Atıcılıq Mərkəzində dövlət qurumlarının əməkdaşları arasında keçirilən stend atıcılığının sportinq növündə komandasının qızıl medal qazanması ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, komanda yarışa ciddi hazırlaşmışdı: "Düşünürəm ki, ədalətli qələbə oldu. Daxili İşlər Nazirliyinin nümayəndəsi olaraq bu yarışda iştirak etməyimizə şərait yaratdığı üçün rəhbərliyimizə minnətdarlığımı bildirirəm. Əziyyətimiz yerdə qalmadı. Çox çalışdıq və nəticədə qızıl medal qazandıq".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]