Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dinimizin tarixini yaşadan məkan: İstanbulun İslam Sivilizasiyaları Muzeyi-REPORTAJ VİDEO

İstanbul, 23 iyun, AZƏRTAC

İslamın sadəcə din deyil, bir mədəniyyət və elmi təbliğ edən inanc olduğu danılmazdır. İslam dininə xidmət edən müxtəlif xalqlar bu mədəniyyəti əsrlər boyu yaşatmaq, təbliğ etmək və gələcək nəsillərə çatdırmaq üçün fərqli üsullardan istifadə ediblər. İstanbulda bu dəyərlərinin nümayiş olunduğu, islam mədəniyyətini özündə əks etdirən eksponatlardan ibarət muzey fəaliyyət göstərir.

AZƏRTAC-ın xüsusi müxbiri İstanbuldakı sözügedən İslam Sivilizasiyaları Muzeyində olub, hazırladığı materialı oxucularla bölüşür.

İslam dəyərlər sisteminin formalaşdırdığı fikir, elm və sənət çərçivəsində inşa edilən İslam sivilizasiyası əsrlər boyu dünya miqyasında təsir gücünə malik qurumlar və möhtəşəm tarixi irs yaradıb.

Türkiyə min ildən artıq davam edən Səlcuqlu və Osmanlı dövrlərinin də təsiri ilə qədim İslam sivilizasiyasının meydana gətirdiyi əsərlər baxımından olduqca zəngin bir mövqeyə malikdir. Bu gün Anadolunun hər bir guşəsində rast gəlinən möhtəşəm İslam memarlığı nümunələri ilə yanaşı, Türk-İslam təcrübəsinin məhsulu olan qurumlar da İslam sivilizasiyasının ölkədə kök salmasına şərait yaradıb. Əsrlərlə formalaşan mədəniyyət və incəsənət əsərləri, başda İstanbul olmaqla, ölkənin bir çox şəhərində Osmanlı irsi kimi günümüzə qədər gəlib çatıb.

Ölkə muzeylərinin ziyarətə açıq məkanları ilə yanaşı, anbarlarında da İslam sivilizasiyasına aid minlərlə əsər yerli və xarici ziyarətçilərlə görüşməyi gözləyir. İslam Sivilizasiyaları Muzeyi də müasir muzeyçilik texnikaları və texnologiyanın birgə istifadəsi ilə bu zəngin İslam irsinin daha geniş ictimaiyyətə təqdim olunması məqsədilə yaradılıb.

2019-cu ildə İstanbulun və Türkiyənin ən böyük məscidi kimi istifadəyə verilən Böyük Çamlıca Caminin ərazisində yerləşən bu muzey müasir memarlığı və sərgilənən zəngin kolleksiyaları ilə çox geniş tarixi irsi ziyarətçilərə təqdim edir.

Burada müasir muzeyçilik üsullarından istifadə edilərək rəqəmsal layihələr də hazırlanıb. Beləliklə, ziyarətçilərin İslam sivilizasiyasını yalnız görərək deyil, interaktiv təcrübələr yaşayaraq tanımaları hədəflənib. Burada Allahın “Hayy” (Əbədi Dirilik Sahibi) ismindən ilham alınaraq hazırlanan, 2 dəqiqə 17 saniyəlik “Ab-ı Həyat” instalyasiyasında ayələr vasitəsilə suyun gücü və həyatımızdakı rolu izah edilib, xüsusi səs stansiyalarında isə türk musiqi məqamlarının xəstəliklərin müalicəsində istifadəsinə dair nümunələr təqdim olunub.

Əsasən 15 tematik bölmə altında təşkil olunan İslam Sivilizasiyaları Muzeyində VII əsrdən XIX əsrə qədər olan dövrə aid 600-dən çox əsər sərgilənir. Bu əsərlər ölkənin ən qiymətli 6 muzeyindən – Topqapı Sarayı, Saray Kolleksiyaları, İstanbul Arxeologiya, İstanbul Türbələr, Vəqflər və Türk və İslam Əsərləri muzeylərindən xüsusi diqqətlə seçilib.

Muzeyin ilk bölməsində Məhəmməd Peyğəmbər dövründən başlayaraq ilk məbədimiz olan Kəbəyə və İslamın ilk dövrlərinə aid əsərlər nümayiş etdirilir. İslam sivilizasiyasının elm və texnika sahələrində yaratdığı nailiyyətlərin, eləcə də İslam memarlığının nümunələrinin təqdim olunduğu bölmələrdən sonra “Qurani-Kərim”ə həsr olunan xüsusi bir bölmə yer alır. İslam dünyasının müxtəlif dövrlərinə aid olan və hər biri sənət əsəri sayılan “Qurani-Kərim” nüsxələri bu bölmədə sərgilənir.

İslam sənətinin ən qədim nümunələri arasında qiymətləndirilən Şam Sənədləri (Şam Evrakı) arasından seçilən sənədlər və vərəqlər İslam Sivilizasiyaları Muzeyinin xüsusi bölmələrindən birini təşkil edir.

Muzeydə İslam dövründə müxtəlif ölkələrdə istifadə olunan sikkələrlə yanaşı, müsəlmanların fəthlər zamanı istifadə etdikləri xüsusi silah kolleksiyası da ziyarətçilərə təqdim olunur.

Muzeydə, xüsusilə Osmanlı dövründə müqəddəs əmanətlərin qorunması üçün hazırlanan mühafizə qutuları, müxtəlif geyimlər, o cümlədən tilsimli köynəklər bölmələri vasitəsilə İslam sivilizasiyasının müxtəlif tərəfləri nümayiş etdirilir.

İslam sənətində mühüm yer tutan ənənəvi sənətlərimizdən xəttatlıq, təzhib və ebru sahələrinə aid şah əsərlərin nümayiş olunduğu Hüsn-i Xətt bölməsi və türk çini sənətinə həsr olunan bölmədən sonra, fərmanlar, beratlar və türk toxuculuq sənətinə aid kolleksiyalarla İslam Sivilizasiyaları Muzeyinin ekspozisiyası tamamlanır.

2022-ci ildə fəaliyyətə başlayan bu muzeydə yaradılan “Türk toxuculuq sənəti”, “Həzrəti Məhəmməd Peyğəmbərə (s) aid edilən əsərlər”, ”İslam sənətində memarlıq və dekorativ amillər”, ”İlk Məbəd Kəbə”, “Şam Sənədləri (Şam Evrakı)”, ”Qurani-Kərim və onun mühafizə qutuları”, “İslamda elm”, “Beratlar və fərmanlar”, ”Hüsn-i Xətt”, “Tilsimli köynəklər”, “Osmanlıda geyim mədəniyyəti”, “Dəsmal ənənəsi və sandıq örtükləri”, “İslamda fəthlər”, “Türk çini sənəti” və “İslami sikkələr” bölmələri ildə təxminən beş milyondan artıq insan tərəfindən ziyarət edilir.

 

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Dinimizin tarixini yaşadan məkan: İstanbulun İslam Sivilizasiyaları Muzeyi-REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar

Böyük Britaniyada rekord istilər gözlənilir

İcra başçısı: Əlicançay və Əyriçay su anbarlarının istifadəyə verilməsi nəticəsində suvarılan torpaqların sahəsi əhəmiyyətli dərəcədə artacaq

ABŞ-də azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçiriləcək

Cəzaçəkmə yerlərindən azad edilmiş daha 444 şəxs işlə təmin olunub

Prezidentinin köməkçisi: Kənd təsərrüfatında dayanıqlı inkişafın təmini dövlət və özəl sektorun birgə fəaliyyəti olmadan mümkün deyil

Nyu-York 2042-ci il Qış Olimpiya Oyunlarına namizəd ola bilər

İrakli Kobaxidze: AŞPA tamamilə maraqsız qurumdur

Xəyyam Məmmədov: Rəqəmsal monitorinq və dəqiq su uçotunun qurulması əsas prioritetlərdən biridir

İran XİN: Tehranın raket proqramı və AEBA-nın nüvə obyektlərini yoxlaması İsveçrədəki danışıqlarda müzakirə edilməyib

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar

“Arsenal” “Aston Villa”nın futbolçusu ilə şəxsi razılıq əldə edib

Şeyxülislam Allahşükür Paşazadə “Dinlər Sülh uğrunda” təşkilatının Ümumdünya Şurasının illik toplantısında iştirak edir

Sabah bəzi yerlərdə yağış yağacaq

ADSEA: Kənd təsərrüfatının dayanıqlı inkişafı üçün yeni su mənbələrinin yaradılması həyati əhəmiyyət kəsb edir

ABŞ hərbi bazası Polşaya 3,2 milyard dollara başa gələcək

Zakir Quliyev: Mil-Muğan iqtisadi rayonunda 77,5 min kənd təsərrüfatı istehsalçısı su ilə təmin olunur

Paytaxt məktəblisi öz mobil tətbiqini yaradıb

Regional Su Meliorasiya Xidmətinin sədri: Müasir suvarma texnologiyalarına keçid zəruridir

Moskva vilayətində raket təhlükəsi elan edilib

Zakir Quliyev: Aşağı Muğan kanalının yenidən qurulması 28 min hektardan çox sahənin su təminatını yaxşılaşdıracaq

Xidmət rəhbəri: Qızılarx və Boztəpə kanallarının yenidən qurulması başa çatdırılıb

Regional Su Meliorasiya Xidmətinin sədri: Müasir suvarma sistemləri məhsuldarlığın artmasına imkan yaradacaq

Nazir müavini: Əgər otlaq sahələri deqradasiyaya uğrayırsa, heyvanların məhsuldarlığı azalır, yem xərcləri artır və təsərrüfatların gəlirliliyi aşağı düşür

Yaponiyada ikinci paytaxt şəhəri olacaq

Zakir Quliyev: Mil-Muğanda 240 min hektardan çox suvarılan sahə var

Nazir müavini: İntensiv bağların genişləndirilməsinə görə fermerlərə ilkin investisiya dəstəyinin göstərilməsi nəzərdə tutulur

Uralda qasırğa: 16 nəfər xəsarət alıb

Azərbaycanda damazlıq heyvan subsidiyasının və heyvandarlıqda məhsul subsidiyasının tətbiqi nəzərdə tutulur

Xidmət sədri: Mil-Muğan ölkənin əsas pambıqçılıq regionlarından biridir

“SpaceX” şirkətinin səhmləri kəskin şəkildə ucuzlaşıb

Litva hökuməti istefa verib

AHİK: Güzəştli yollayışdan il ərzində yalnız bir dəfə istifadə etmək mümkündür

Zakir Quliyev: Dövlət Proqramının ana xəttini intensiv təsərrüfatçılığa keçid təşkil edir

Bakıda İslam mədəni irsinin və dini təsisatların mühafizəsi, islamofobiya ilə mübarizə məsələləri müzakirə olunub

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Mariela Modeva: Bolqarıstan ilə dost Azərbaycan arasında turist axınının artacağına ümid edirik

Fransada azyaşlılara qarşı cinsi zorakılıq hallarının araşdırılmasında ciddi nöqsanların olduğu üzə çıxıb

Nazir müavini: Pivot, damlama və sprinkler suvarma sistemlərinin tətbiqi genişləndiriləcək

Aqrar Sığorta Fondu ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Türkmənistanla əlaqələr məzmun və keyfiyyət baxımından yeni mərhələyə yüksəlib ŞƏRH

Bakıda AQEM ölkələrinin dairəvi yaşıl turizm imkanları müzakirə edilir-YENİLƏNİB

ADPU Türkiyə universitetləri ilə əməkdaşlığı genişləndirir

Qarabağın zəngin aqrar potensialı uzunmüddətli perspektivdə iqtisadi fəallığa mühüm töhfə verəcək ŞƏRH

Azərbaycanda pambıq istehsalı üzrə orta məhsuldarlığın 50 sentnerə çatdırılması əsas hədəflərdəndir

Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığında yeni mərhələ başlayır ŞƏRH

İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri arasında ticarət və ətraf mühit əməkdaşlığı diqqət mərkəzində olub

Bu saata olan əsas xəbərlər

ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan arasında yeni danışıqlar başlayır

ADPU-da fakültələr üzrə məzun görüşləri təşkil olunub

® “Bir” və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir

Peşə təhsili tələbələri “2026-cı il Yay Təcrübə Proqramı”nda iştirak hüququ qazanıblar

GUAM-a üzv ölkələr korrupsiya və çirkli pulların yuyulması istiqamətində səyləri artıracaq

Alüminium qiymətləri 3 ayın minimumuna enib

Gürcüstanda 4,4 bal gücündə zəlzələ olub

Natiq Əmirov: Aqrar sahədə əldə olunan nailiyyətlərlə yanaşı, son illərdə müşahidə edilən durğunluq yeni yanaşmaların tətbiqini zəruri edib

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

Tehran və Vaşinqton arasında yüksəksəviyyəli danışıqların növbəti mərhələsi hazırlanıb

Kayrat Sarıbay: Turizmin inkişafı davamlılıq prinsiplərinə əsaslanmalıdır

Prorektor: Elmi fəaliyyətin beynəlmiləlləşdirilməsi AzMİU-nun strateji prioritetlərindən biridir

Ali Məclisin komitə iclasında iki qanun layihəsi müzakirəyə çıxarılıb

BMT Tbilisidə dövlət institutlarının transformasiyası mövzusunda forum keçirir

Zaur Əliyev: Rəqəmsallaşma fermer üçün də, dövlət üçün də vacib alətə çevrilir

Dinimizin tarixini yaşadan məkan: İstanbulun İslam Sivilizasiyaları Muzeyi-REPORTAJ VİDEO

Dinimizin tarixini yaşadan məkan: İstanbulun İslam Sivilizasiyaları Muzeyi-REPORTAJ VİDEO

Ötən gün 57 cinayətin açılması təmin olunub

Norveçdəki “Earth & East” festivalında Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Norveçdəki “Earth & East” festivalında Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Nazir müavini: Subsidiya qaydalarına və kənd təsərrüfatı texnikalarına güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur

“YAŞAT” düşərgəsinin ikinci həftəsi başlayıb

Bu ilin beş ayında sanatoriya-kurort müəssisələrinə verilən yollayışların sayı açıqlanıb - EKSKLÜZİV

“Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 avqust tarixli 190 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 6 noyabr tarixli 520 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

® Silahlı Qüvvələrimiz üçün xüsusi kredit

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Professor Habil Məmmədovun 60 illik yubileyi qeyd olunub

“Qaz təchizatı sisteminə dair Qaydalar”ın təsdiq edilməsi və “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Saatlı rayonunda Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirə işə başlayıb

Azərbaycan və Türkmənistan prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər

Deputat: Müasir çağırışlar İƏT üzvü dövlətləri arasında praktiki əməkdaşlıq mexanizmlərinin gücləndirilməsini tələb edir

Pakistan MMU-nun nümayəndə heyəti ölkəmizə səfər edib

Bakıda UFC turniri ərəfəsində açıq məşq və fan-zona təşkil olunacaq

SABAH qruplarında tədris fəaliyyəti üçün müraciət qəbulu başlanıb

Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

Azərbaycan-Türkmənistan siyasi dialoqu bərabərhüquqlu prinsiplərə söykənir ŞƏRH

Fransada irqçi şüarların səsləndirilməsi ilə bağlı istintaq başlayıb

Tanınmış rejissor Əsgər Əsgərovun 65 illiyi qeyd olunub

Dövlət qulluğu: məsuliyyət, peşəkarlıq və müasir idarəetmə modeli

Şahmar Mövsümov: Qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir

“Xüsusi icra sisteminin Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə tətbiq edilmə mərhələləri”nin müəyyən edilməsi haqqında
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI

Prezidentin köməkçisi: Azərbaycanın torpaq, su, iqlim və insan resursları daha güclü ixrac imkanları yaratmağa imkan verir

Tərtərdə kultivasiya ilə yetişdirilən 251 ədəd çətənə kolu aşkarlanıb

Sarı Aşığın “Gül dəftəri” kitabı dördüncü dəfə nəşr olunub

Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Giyoma

Qarabağda aparılan yenidənqurma işləri beynəlxalq platformada diqqətə çatdırılıb

Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

AQTA ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında əməkdaşlıq genişləndirilir

Qaxda Şəki-Zaqatala iqtisadi rayonu üzrə regional müşavirə işə başlayıb VİDEO

Qaxda Şəki-Zaqatala iqtisadi rayonu üzrə regional müşavirə işə başlayıb VİDEO

“Şahdağ” Turizm Mərkəzində yay mövsümü açılıb

Rəqabətqabiliyyətli insan kapitalından səriştəəsaslı dövlət idarəçiliyinə doğru

Fransada isti hava şəraiti ilə əlaqədar 1352 təhsil müəssisəsi bağlanıb, elektrik kəsintisi riski barədə xəbərdarlıq edilib

Yaponiya valyutası dəyər itirir, treyderlər həyəcan təbili çalırlar

Həzin nəğmələrin və zərif duyğuların şairi — Nigar Rəfibəyli