Azərbaycan Dövlət İnformasiya Agentliyi

DOKTOR RÜFƏT ƏHMƏDZADƏNİN SƏNƏT DÜNYASI

Təxminən otuz ilin söhbətidir. Bakılı həkim Rüfət Əhmədzadə Lənkəran meşələrində gəzərkən maraqlı ağac parçalarına rast gəlir və tənbəllik etməyib, onları evə gətirir. Nəhayət, onlardan qələm-karandaş qoymaq üçün bir şey düzəltməyi qərara alır. Ağac parçasının lazım olan yerlərini rəndələyib hamarlayır, silib təmizləyir, üzərinə lak çəkir. Beləliklə, doktorun özü demişkən, təsadüfən girişdiyi işin gözəl nəticəsi olur.

Bu məşğuliyyət onun xoşuna gəlir və düşünür ki, niyə də davam etdirməsin?! Və davam etdirir: həvəskar ustanın mahir əlləri bir-birinin ardınca ağacdan gözəl məmulatlar yaradır. Üstəlik, getdikcə səriştəsi də artırdı. Özünün dediyinə görə, ötən otuz ildə bəlkə də mindən çox belə məmulat düzəltmişdir. Lakin Rüfət müəllim onların bir-birindən gözəl olan təxminən 300-nü evində saxlayır, qalanlarını dost-tanışlarına, qohumlarına və yaxud, sadəcə, onun qeyri-adi yaradıcılığına maraq göstərənlərə bağışlamışdır.

Doktorun kolleksiyasında ağacdan hazırlanmış nələr yoxdur: müxtəlif formalı və ölçülü külqabılar, güldanlar, nimçələr və fincanlar, şamdanlar, çərçivələr, cürbəcür fiqurlar! Onların bəzilərinin mərmər altlığı da var. Lakin ağac başlıca material olaraq qalır. Meşələrdə və hətta parklarda həmişə rast gəlinən qırılmış budaqlar, az qala kökündən çıxarılmış ağaclar və qurumuş ağac kötükləri Rüfət Əhmədzadənin təxəyyülü sayəsində fantastik şəkildə canlanaraq, yüksək sənət, - bu sözü cəsarətlə işlədirəm, – nümunələrinə çevrilir.

Bu isə incə zövqlə, gözəllik yaratmaq həvəsi ilə yanaşı, çox böyük hövsələ, diqqət, gərgin əmək də tələb edir. Yöndəmsiz, kələ-kötür ağac parçasını əl bıçqısının, mişarın, bəzən də baltanın köməyi ilə lazımi formaya salmaq məgər hər adamın işidir? Axı, nəyisə kəsib atmaq, hamarlamaq, yapışdırmaq, rəngləmək, nəhayət, cilalamaq və laklamaq lazım gəlir. Hamısını da, necə deyərlər, zərgər dəqiqliyi ilə! Lakin bütün bunlar sənətkarın işinin ikinci, yekun hissəsidir. Bu iş isə iri bir ağac parçasını gətirib evə çatdırmaqdan, onu dönə-dönə yumaqdan, qurutmaqdan başlanır. Müxtəlif alətlər artıq bundan sonra işə düşür.

Rüfət müəllimin bir dəfə olduğu yerə təkrarən getdiyi vaxtlar da az deyil, çünki növbəti əsər üçün əvvəllər orada tapdığı “xammal” kara gəlməyən hallar olur. Axı, usta məhvə məhkum nadir növ ağaclardan istifadə etməyə, onlara yeni həyat verərək, sənət əsərinə çevirməyə çalışır. Özü də onun səfərləri heç vaxt ilin fəsillərindən, günün hansısa saatından asılı olmamışdır. Bax, doktor Rüfət Əhmədzadə belə sənət vurğunudur!

O deyir:

- Mən ağacla işləyəndə, əlim ona toxunanda bir növ rahatlıq tapıram, qəlbən dincəlirəm. Bəlkə də inanmazsınız, yaradıcılıq prosesindən həqiqətən zövq alıram. Belə anlarda xəyallar məni uzaq keçmişə aparır.

Açığını deyək ki, bu keçmiş isə, bizlərdən çoxu kimi, doktor Əhmədzadəni də heç də həmişə məmnun etməmişdir. Hərçənd, gözəl, fərəhli günlər də az olmayıbdır.

Artıq çoxdan arxada qalan uşaqlıq illərində bütün ailə - hörmətli və adlı-sanlı müəllimlər olan ata və anası, bacıları indiki Milli Dram Teatrının yaxınlığında, Bakının qədim, tipik evlərindən birində birlikdə yaşayırdılar. Sonra məktəbdə, Tibb İnstitutunda oxuduğu illər gəlir. 1957-ci ildə institutu fərqlənmə diplomu ilə bitirən Rüfət əvvəlcə Sumqayıtda, sonra Bakıdakı Semaşko adına xəstəxanada həkim-terapevt işləmişdir. Elmlə də maraqlanmış, hətta aspiranturaya daxil olmuşdu, amma oranı bitirmədi, elm dalınca getmək istəmədi, çünki həkimlik işi onu özünə daha çox cəlb edirdi. Sonra ailə qurdu, oğlu dünyaya gəldi. Lakin günlərin bir günü ailəsini saxlayıb, şaxtalı-boranlı bir diyara - heç kimin heç zaman can atmadığı Norilsk şəhərinə getdi. Qohum-əqrəbanın təkidi ilə evə döndükdən sonra Təcili tibbi yardım stansiyasına işləməyə getdi. Halbuki, klinikaya da qayıda bilərdi.

Doktor Əhmədzadənin özünün seçdiyi bu cür enişli-yoxuşlu həyat tərzini görənlər hesab edirdilər ki, o, zəmanə adamı deyil. Dardüşüncəlilərin mövqeyindən yanaşsaq, bəlkə də, belə idi. Əslində isə və mən buna əminəm, Rüfət müəllim olduqca alicənab, işıqlı şəxsiyyət, saf bir insandır. Bunu onun ömür yolunun daha bir kəsiyi də təsdiqləyir.

1992-ci ildə, ölkəmizin ən ağrılı-acılı və erməni təcavüzkarların rayonlarımızı bir-bir işğal etdiyi dövrdə 60 yaşını az qala haqlayan doktor öz təkidi ilə ön cəbhəyə yollandı. Həkimlərə böyük ehtiyac duyulan Tərtərdə, Laçında, Ağdərədə oldu, neçə-neçə döyüşçünü ölümün pəncəsindən xilas etdi...

O, hətta orada, Qarabağ cəbhəsində də fürsət düşən kimi öz sevimli məşğuliyyətini unutmurdu. Bir vaxtlar Qarabağ torpaqlarını bəzəmiş, lakin düşmən mərmilərinə tuş gəlmiş qoz, palıd ağaclarının “qalıqlar”ından düzəltdiyi və indi evdəki kolleksiyasında saxladığı məmulatlar ona çox əzizdir.

...İndi ahıl yaşında olan doktor Əhmədzadə artıq çoxdan pensiyadadır. Tənhalıq bəzən ürəyini qubarladır, həyatdan vaxtsız gedən ömür-gün yoldaşı tez-tez yadına düşür. Doğrudur, oğlu Şahin də, nəvəsi Aytən də (yeri gəlmişkən, babası kimi, o da yaradıcılığa meyil göstərir, dizaynerlik peşəsinə yiyələnir) ona həmişə baş çəkir, qayğısına qalırlar. Amma hərənin öz işi, öz qayğıları var, buna görə də onları narahat etmək istəmir.

Əvəzində, yaratdığı əsərlər həmişə onunladır. Son illər bütün bu kiçik sənət nümunələri ona hakim kəsilmişdir. Bunlar onun bütün fikrini-zikrini məşğul edir, ona sanki nəfəs verir, sadəcə yaşamağa kömək edir.

Rüfət Əhmədzadə deyir:

- Doğru sözümdür, mən xoşbəxt adamam. Mənim həmişə sevimli işim olub və indi də var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyin də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb