Dominikanda gecə klubunun damının çökməsi nəticəsində ölənlərin sayı 100-ə yaxınlaşıb
Bakı, 9 aprel, AZƏRTAC
Son məlumata görə, Dominikan Respublikasının paytaxtı Santo-Dominqoda “Jet Set” gecə klubunun damının çökməsi nəticəsində ölənlərin sayı 98 nəfərə çatıb, daha 155 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Fövqəladə Hallar Xidmətinin direktoru Xuan Manuel Mendez xilasetmə əməliyyatlarının davam etdiyini bildirib.
Dominikan Respublikasının Prezidenti Luis Abinader həlak olanların xatirəsinə aprelin 8-dən başlayaraq üç günlük milli matəm elan edib. Paytaxtın müxtəlif yerlərində insanların qan verdikləri donor mərkəzləri açılıb.
Tez-tez konsertlərə ev sahibliyi edən “Jet Set” Santo-Dominqoda məşhur gecə klubudur.
Hazırda hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]