“Dövlət ehtiyatları haqqında” qanun layihəsi təsdiqlənib
Bakı, 19 dekabr, AZƏRTAC
“Dövlət ehtiyatları haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında üçüncü oxunuşda təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin dekabrın 19-da keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi 4 fəsil, 14 maddədən ibarətdir. Sənəd Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərinə uyğun olaraq dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Sənəddə analoji mallar, bazar iştirakçısı, dövlət ehtiyatlarının brondan çıxarılması və borc verilməsi, əvəzləşdirilməsi, strateji əhəmiyyətli mallar, strateji ehtiyatlar kimi anlayışlar yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]
“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb
- 07.10.2026 [14:53]