Dövlət Gömrük Komitəsinin qurumları arasında keçirilən futzal yarışının qalibi müəyyənləşib
Bakı, 11 may, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin (DGK) yaradılmasının 24-cü ildönümü münasibətilə DGK-nın strukturuna daxil olan qurumlar arasında keçirilən ənənəvi futzal yarışına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, ABU Arenada keçirilən yarışın təşkilində əsas məqsəd gömrük orqanlarında çalışan əməkdaşların sağlamlığının və fiziki hazırlığının inkişaf etdirilməsi, kütləviliyin təmin olunmasıdır.
Yarışda dörd mərhələ üzrə iki qrupda 14 komanda birincilik uğrunda mübarizə aparıb. Final oyununda Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandası Bakı Baş Gömrük İdarəsinin komandası ilə qarşılaşıb. Oyun Naxçıvan gömrükçülərinin 8:1 hesablı qələbəsi ilə başa çatıb. Üçüncü yer uğrunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Hava Nəqliyyat Baş Gömrük İdarəsinin komandaları üz-üzə gəliblər. Bu mübarizədən isə 3:1 hesabı ilə Hava Nəqliyyat Baş Gömrük İdarəsinin komandası qalib ayrılıb.
İlk üç yeri tutmuş komandalar müvafiq diplom, medal, kubok və hədiyyələrlə mükafatlandırılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]