Dövlət Xidməti: Təsərrüfat subyektləri ilə bağlı müraciətlər 4 dəfəyədək artıb
Bakı, 18 avqust, AZƏRTAC
Təsərrüfat subyektlərinin birləşməsi, qovuşması və pay alqı-satqısının bazarın rəqabət strukturuna mümkün təsirləri nəzərə alınaraq, 2023-cü ilin yanvar-iyul aylarında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bu istiqamətdə 14 müraciətə baxılıb.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə birləşmə, qovuşma və pay alqı-satqısı ilə bağlı müraciətlərin sayı cari ildə 4 dəfəyədək artıb. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəqabət şərtlərini dəyişə biləcək bu kimi iqtisadi prosesləri tənzimləməklə bazarda rəqabəti təmin edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:11]
Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib
- 11.06.2026 [16:55]
Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO
- 11.06.2026 [16:46]