Dövlət Xidmətinin Çağrı Mərkəzinə 4397 müraciət daxil olub
Bakı, 5 iyul, AZƏRTAC
Cari ilin yanvar-may ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 195-1 Çağrı Mərkəzi vasitəsilə 4397 müraciət daxil olub.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, daxil olan müraciətlərdən 4329-u cavablandırılıb.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi və qurumlarına "195-1" qaynar xətti vasitəsilə ölkənin istənilən regionundan birbaşa zəng etmək olar. Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]