Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlətin çağırışlarına əməl edən sahibkarlara dəstək göstərilməlidir

Dövlətin çağırışlarına əməl edən sahibkarlara dəstək göstərilməlidir

Bakı, 26 mart, AZƏRTAC

Prezident İlham Əliyevin Sərəncamı ilə koronavirus (COVID-19) pandemiyasının, həmçinin dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi, pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin müəyyən edilməsi məqsədilə İşçi Qrup yaradılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi İşçi Qrupun qarşısında qoyulmuş vəzifələrdən biri də yaranmış vəziyyətin yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirinin azaldılması məqsədilə müvafiq təkliflərin hazırlanmasıdır.

Bu istiqamətdə ictimaiyyətin rəy və təkliflərinin də araşdırılması dövlətin marağındadır.

AZƏRTAC xəbər verir ki, bu barədə “vergiler.az”a məlumat verən iqtisadçı ekspert Mehdi Babayev yaranmış vəziyyətdə zərər görən müəssisələrə dövlətin dəstəyinin zəruriliyini vurğulayıb: “Mən əsas iki məsələyə diqqət çəkmək istəyirəm. Birincisi, sahibkarlara dəymiş zərərin müəyyən edilməsində hər iki tərəfin - həm müvafiq dövlət qurumu əməkdaşlarının, həm də sahibkarların bu məsələyə şəffaf yanaşmalarıdır. İkincisi isə dəymiş zərərin müəyyən edilməsi formasıdır. Əvvəla, biz "zərər" anlayışına xüsusi diqqət yetirməliyik. “Müəssisənin üzləşdiyi zərər” dedikdə nəyi başa düşürük? Sahibkarın üzləşdiyi zərərlərə görə şəffaf formada müraciəti vacib amildir”.

M.Babayevin fikrincə, dövlət tərəfindən sahibkarlara dəstək göstərilməsində müəssisələrin zərərinin necə müəyyənləşdirilməsi ilə bağlı məsələ önəmlidir: “Ola bilər ki, müəssisə fəaliyyətini məhdudlaşdırdıqdan sonra əldə etdiyi mənfəət kəskin azalmışdır, lakin zərərlə nəticələnməmişdir, yəni xərcləri gəlirlərindən çox olmamışdır. Yaxud müəssisənin kifayət qədər debitor alacaqları vardır, lakin debitor alacaqlarını vaxtında yığmadığına görə hazırda kreditor borclarını ödəyə bilmir. Digər tərəfdən əsassız, riskli müqavilələr çərçivəsində xərclər, kreditor öhdəlikləri artmışdır. Əgər şəffaflıqdan söhbət gedirsə, müraciət edən müəssisələrdə kütləvi olaraq əmək müqavilələrinə xitam verilməsi, əməkhaqqının az göstərilməsi və ya işçilərin ödənişsiz məzuniyyətə buraxılması halları baş vermişdirsə, belə müəssisələrin zərərlə bağlı təminat istəməsi ədalətli sayıla bilməz”.

M.Babayev bildirib ki, müəssisələr adətən, mütləq sabit xərclərə görə zərər çəkir. Fəaliyyətinin olub-olmamasından asılı olmayaraq müəssisə bu xərcləri çəkmək məcburiyyətindədir. Buna aylıq əməkhaqqı və onunla bağlı digər sosial ödənişlər, icarə haqları, kreditlər və onların faizləri, lizinq ödənişləri, aktivlərin saxlanılması xərclərini misal göstərmək olar. “Bunlar sabit xərclərdir, onların ödənilməsi mütləqdir. Əgər sahibkar fəaliyyət göstərmirsə, gəlir əldə etmirsə, bu xərcləri də ödəyə bilməyəcəkdir. İlk növbədə, belə xərclərin, yəni zərərin əvəzinin ödənilməsinə dəstək verilməlidir”.

M.Babayev xərclərin hesablanmasında mühüm məqama diqqət çəkərək bildirib ki, həmin xərclərin özü də şəffaf təqdim edilməli, şişirtmələrə yol verilməməlidir. Hesabatlarda rəqəmlər dürüst təqdim edilməlidir: “Müəssisənin zərərinin hesablanması üçün sonuncu rübün və ya ayın hesabatları əsas götürülsə də, həmin bəyannamələr və hesabatlarda əks etdirilən göstəricilərlə yanaşı, əvvəlki dövrün göstəriciləri də müqayisəli şəkildə yoxlanılmalıdır ki, bu vəziyyətdən sui-istifadənin, başqa sözlə, son hesabatlarda şişirdilmiş rəqəmlər təqdim etməklə göstərilən dəstəkdən daha çox yararlanmaq üçün xərclərin artırılmasının qarşısı alınsın. Bunun üçün müəssisələrin əvvəlki dövrlərdəki fəaliyyəti və maliyyə göstəriciləri təhlil edilərək müqayisə aparılmalıdır. Bununla da dövlətin dəstəyi daha çox şəffaf işləyən müəssisələrə şamil olunmalıdır”.

Qeyd edək ki, koronovirus pandemiyasının yayılmasını önləmək məqsədilə Nazirlər Kabineti tərəfindən bir sıra obyektlərdə, müəssisələrdə işlərin müvəqqəti dayandırılması, bu zaman işçilərin işdən çıxarılmaması və ya ödənişsiz məzuniyyətə göndərilməməsi tövsiyə edilib. M.Babayev bu tövsiyələrə əməl etməyən sahibkarlara dövlət dəstəyinin göstərilməsini məqsədəuyğun hesab etmədiyini bildirib. Onun fikrincə, ilk növbədə, işçiləri işdən azad etməyən, onların əməkhaqqını kəsməyən, dövlətin çağırışlarına əməl edən sahibkarlara dəstək göstərilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib