“Döyüşçü rahibə” serialı ekranlara geri qayıdır
Bakı ,16 avqust, AZƏRTAC
“Döyüşçü rahibə” serialı bədii film olaraq ekranlara geri dönür.
AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, icraçı prodüser Din İnqlişin dediyinə görə, iki mövsümdən sonra “Netflix” platformasında ləğv edilən fantastik dram serialı tammetrajlı bədii film olaraq ekranlara geri dönməyə hazırlaşır.
Qeyd edək ki, film 19 yaşlı bir qadının meyitxanada kürəyində ilahi bir artefaktla oyanması və sonrasında baş verənləri əhatə edir. Ekran əsərinin davamında həm cənnəti, həm də cəhənnəmi təmsil edən güclü qüvvələr qadını tapmaq və idarə etmək istəyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:35]
Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir
- 05.06.2026 [14:06]
Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO
- 05.06.2026 [11:37]