Dünya Bankı Gürcüstanın iqtisadi artımı ilə bağlı proqnozunu yeniləyib
Tbilisi, 12 iyun, AZƏRTAC
Dünya Bankı Gürcüstanın 2025-ci ildə iqtisadi artımı ilə bağlı proqnozunu 6 faizdən 5,5 faizə endirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dünya Bankının yenilənmiş proqnozunda məlumat verilib.
Beynəlxalq maliyyə institutunun hesablamalarına görə, bütövlükdə Cənubi Qafqazda iqtisadi artım 2025-ci ildə 3,6 faizə, 2026-cı ildə isə 3,4 faizə qədər azalacaq.
Dünya Bankının proqnozlarına görə, Ermənistan və Gürcüstan ilə bağlı iqtisadi artımın azalması daxili tələbin və təkrar ixracın azalması ilə əlaqəli olacaq.
Bank Azərbaycan ÜDM-inin artımını 2025-ci ildə 2,6 faiz, 2026-cı ildə 2,4 faiz proqnozlaşdırır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]