Dünya çempionatı: Azərbaycanın yeniyetmə cüdoçuları əvvəlki nəticəni yaxşılaşdıra bilərlər
Bakı, 23 avqust, AZƏRTAC
Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmə cüdoçular arasında dünya çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, yarışda mübarizə aparan Azərbaycan yığmasının 5 üzvü öz çəki dərəcəsində reytinq lideridir. Bu isə onların medal şanslarının yüksək olması deməkdir.
Əvvəllər yeniyetmə cüdoçularımız mundiallarda 8 dəfə finala çıxmalarına baxmayaraq, bunların 7-də məğlubiyyətlə üzləşiblər. Yalnız 2013-cü ildə Natiq Qurbanlı dünya çempionu titulunu qazanıb.
Son vaxtlar Azərbaycanın yeniyetmələrdən ibarət yığmasının çıxışında nəzərəçarpacaq irəliləyiş müşahidə olunur. Ötən il onlar Bosniya və Herseqovinada keçirilmiş dünya çempionatında 3 medal qazanaraq mükafat sayında ən uğurlu nəticələrini əldə ediblər (1 gümüş, 2 bürünc).
Bu dəfə də uğurlu çıxış etməyi hədəfləyən Azərbaycan komandası medal sıralamasında yüksəlməyə çalışacaq. İdmançılarımız ümumi medal hesabında yaxşı nəticə göstərəcəklərinə ümid edirlər.
Yaponiya 2009-cu ildən keçirilən analoji yarışda ən uğurlu ölkədir. Cüdonun yaradıcıları ümumilikdə 31 qızıl medal qazanıblar. Azərbaycan isə yuxarıda qeyd edildiyi kimi, baş mükafata yalnız bir dəfə yiyələnib. Bu gün start götürən dünya çempionatı cüdoçularımız üçün nəticələri yaxşılaşdırmaq baxımından əla imkan yaradır.
Xatırladaq ki, Azərbaycanın yeniyetmə cüdoçulardan ibarət millisi bu ilin iyununda Portuqaliyanın Odivelas şəhərindəki Avropa çempionatında 6 qızıl və 3 bürünc medalla tarixi nəticəyə imza atıb. Bu, yığmamızın indiyə qədər çıxış etdiyi bütün Avropa çempionatlarında həm medalların sayına, həm də əyarına görə ən yaxşı nəticədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]