Dünya çempionatında cüdoçularımızın ilk rəqibləri müəyyənləşib
Bakı, 5 oktyabr, AZƏRTAC
Sabah İtaliyanın Olbia şəhərində gənc cüdoçular arasında start götürəcək dünya çempionatının püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib. Belə ki, kişilər arasında turnirdə Turan Bayramov (60 kq) Alhassan Sughayyir (Səudiyyə Ərəbistanı)- Chong-You Lın (Çin Taypeyi) cütünün qalibi, Rəşad Quluzadə (66 kq) Qarsia Villis (Venesuela), Kamran Süleymanov Azizbek Ortikov (Özbəkistan), Nəriman Mirzəyev (73 kq) Demirel Umalt (Türkiyə) və Elcan Hacıyev (81 kq) Nurbek Murtozoyev (Özbəkistan) ilə güclərini sınayacaqlar.
Qadınların yarışında isə Səbinə Əliyeva (52 kq) Rebeka Keller (Macarıstan), Rita Əliyeva (57) Martha Favaz (Fransa) və Nərmin Əmirli (78 kq) Coralie Godbout (Kanada) ilə mübarizə aparacaqlar.
Oktyabrın 10-dək davam edəcək turnirə 73 ölkədən 500-dən çox cüdoçu qatılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]