Dünya çempionatının bürünc mükafatı: Xorvatiya millisi Mərakeşə qarşı
Bakı, 17 dekabr, AZƏRTAC
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün bürünc mükafatçı bəlli olacaq.
AZƏRTAC xəbər verir ki, üçüncü yer uğrunda görüşdə Xorvatiya və Mərakeş yığmaları üz-üzə gələcəklər. "Xəlifə" stadionunda oynanılacaq matçı qətərli FIFA referisi Əbdülrəhman Əl-Cassim idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
İki kollektiv mundialda eyni qrupda yer alıblar. F qrupunu Afrika təmsilçisi 7 xalla birinci, Xorvatiya isə 5 xalla ikinci pillədə tamamlayaraq, pley-off mərhələsinə adlayıblar. Komandaların qrup mərhələsindəki duelində qolsuz heç-heçə qeydə alınıb.
Mərakeş seçməsi tarixində ilk dəfə mundialda üçüncü yer uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, dünya çempionatına dekabrın 18-də Argentina və Fransa milli komandaları arasında keçiriləcək final matçı ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [12:56]