Dünya çempionatının gümüş mükafatçısı: “Belə sonluq gözləmirdim”
Bakı, 23 avqust, AZƏRTAC
Bu, beynəlxalq yarışlarda ilk medalımdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında qadınlar arasında 25 metr məsafəyə tapançadan standart atəş açma yarışında gümüş medal qazanmış Azərbaycan millisinin üzvü Zeynəb Sultanova deyib.
Fərdi atışda ən yüksək göstəriciyə imza atan (8-ci yer) atlet yarışdan əvvəl medal qazanacağını gözləmədiyini bildirib: “Amma sonluğun belə olması çox gözəldir”.
Atıcılıqla peşəkar səviyyədə 4 ilə yaxındır məşğul olduğunu söyləyən Sultanova gələcəyə nikbin baxdığını vurğulayıb: “Olimpiadaya vəsiqə qazanmağa hələlik təcrübəm çatmır. İndi ikinci yeri tutdum. Ümid edirəm ki, zaman ötdükcə pillə-pillə yüksək yerlərə kimi gedib çıxaram”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]