Dünya Güləş Birliyinin təlimatçısı seçilən azərbaycanlı: Məqsədim ölkəmi layiqincə təmsil etməkdir
Bakı, 22 noyabr, AZƏRTAC
“Dünya Güləş Birliyi ilk dəfə ötən il beynəlxalq yarışların birində təlimatçı olmağımla bağlı təklif göndərmişdi. İkinci çağırış isə Azərbaycan Güləş Federasiyasına edilmişdi”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında çimərlik güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Oyan Nəzəriani Dünya Güləş Birliyinin (UWW) yeni təlimatçısı seçilməsi ilə bağlı danışarkən deyib.
O, etimada görə UWW-yə təşəkkür edib: “Belə bir vəzifəni daşımaq çox müsbət məqamdır. Məqsəd dünya ölkələri arasında güləş idman növünü inkişaf etdirmək, eləcə də öz bilik və təcrübələrimizi bölüşməkdir. Hədəfim Azərbaycanı layiqincə ölkə xaricində təmsil etməkdir. Gələn il ilk belə tədbir yanvarın 23-26-da Serbiyada təşkil olunacaq. Həmin kursda daha ətraflı məlumatlar veriləcək”.
Qeyd edək ki, gənc mütəxəssis yeni funksiyasını 2025-2026-cı illər ərzində UWW-nin müxtəlif ölkələrdə keçirəcəyi nəzəri və praktiki təlimlərdən ibarət olan məşqçilik kurslarında icra edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [16:45]
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb
- 30.10.2026 [16:32]
Dünya çempionatı: Portuqaliya millisi B yolunun finalında Zambiyaya uduzub
- 30.10.2026 [16:17]
“Qələbə qaçışı”na rekord sayda iştirakçı qatılacaq
- 30.10.2026 [15:54]
Plovdiv 2028-ci il üçün Avropa İdman Paytaxtı seçilib
- 30.10.2026 [15:31]
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
- 30.10.2026 [15:14]
FIFA U-15 dünya çempionatında daha iki finalın qalibləri bəlli olub
- 30.10.2026 [14:31]