DÜNYA UKRAYNALILARI KİYEVƏ GƏLİRLƏR
Forum təşkilatçılara 3,5 milyon qrivnaya (1 dollar 5,05 qrivnadır) başa gələcəkdir. Xarici İşlər Nazirliyi büdcə proqramından forumun keçirilməsi üçün 2 milyon qrivna Mədəniyyət və Turizm Nazirliyi 1,5 milyon qrivna ayıracaqlar. Bundan əlavə, təşkilatçılar sponsorların köməyinə də ümid bəsləyirlər.
Avqustun 17-də “Ukrayna evi”ndə bir sıra sərgilər, o cümlədən 100 nəşriyyatın iştirakı ilə “Ukrayna kitabı bu gün” sərgisi - yarmarkası açılacaqdır.
Avqustun 18-də “Ukrayna” Milli İncəsənət sarayında Prezident Viktor Yuşşenko, Baş nazir Viktor Yanukoviç və güman ki, Ali Radanın başçısı Aleksandr Morozun iştirakı ilə forumun təntənəli açılışı olacaqdır.
Həmin gün xaricdə yaşayan ukraynalı təsviri sənət ustalarının başladıqları əsərlərdən ibarət sərgi təşkil ediləcək, axşam “Ukrayna” Milli İncəsənət sarayında xaricdə yaşayan ukraynalıların ümumdünya festivalının yekun konserti olacaqdır.
Avqustun 19-da bölmə iclasları, habelə Ukrayna Ümumdünya Əlaqələndirmə Şurası IV forumunun geniş iclası keçiriləcəkdir. Forum avqustun 20-də yekun iclası ilə başa çatacaqdır.
Forum çərçivəsində Ukraynada 1932-1933-cü illərdəki dəhşətli aclığa həsr olunmuş “dəyirmi masa” keçiriləcəkdir.