“Əbədiyaşar Ulu Öndər” adlı inşa müsabiqəsinə yekun vurulub
Bakı, 11 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Heydər Əliyev İli” çərçivəsində 173 nömrəli tam orta məktəbdə keçirdiyi “Əbədiyaşar Ulu Öndər” adlı inşa müsabiqəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyəti sayəsində Azərbaycanda kitabxana işinin inkişaf etdirilməsi məsələsinin xüsusi yer tutduğu qeyd edilib. Sonra Ulu Öndərə həsr edilmiş inşalar haqqında məlumat verilib.
Müsabiqədə Nailə Mustafayeva I yerə, Məryəm Nəsibli II yerə, Zərifə Məmmədova III yerə layiq görülərək Fəxri fərmanla, digər iştirakçılar isə Təşəkkürnamə ilə təltif olunublar.