Əbu-Dabini ziyarət edənlər arasında çinli turistlər liderdirlər
Əbu-Dabi, 2 sentyabr, AZƏRTAC
Bu ilin ilk yeddi ayı ərzində Əbu-Dabiyə gələn ziyarətçilər arasında çinli turistlər çoxluq təşkil edərək siyahıda birinci yerdə qərarlaşıblar. Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin məlumatına görə, həmin dövrdə 242 min 700 qonaq qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, siyahıda ikinci yerdə Hindistan (227 min 300 qonaq və 17,8 faiz artım), üçüncü yerdə Böyük Britaniya (150 min 200 nəfər və 8,5 faiz artım), habelə ABŞ (109 min 100 nəfər, 24,6 faiz artım) gəlir.
Əbu-Dabi mehmanxanalarının ziyarətçilər barədə təqdim etdiyi statistikaya əsasən bu ilin göstəricisi ötənilkini 4,87 milyon nəfər üstələyəcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]