Əfqanıstanda ötən il tiryək əkini sahələri 32 faiz artıb
Bakı, 2 avqust, AZƏRTAC
2021-ci ilin avqustunda “Taliban” hərəkatı Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra ölkədə narkotik vasitələrin istehsalı artmağa başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Tacikistanın narkotiklərə nəzarət agentliyinin direktoru Habibullo Vohidzoda Düşənbədə keçirdiyi mətbuat konfransında bildirib.
O deyib ki, “Taliban”ın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı çoxsaylı bəyanatlarına baxmayaraq, faktlar bunun əksini göstərir. BMT-nin narkotiklər və cinayətkarlıqla mübarizə idarəsinin məlumatına görə, 2022-ci ildə Əfqanıstanda tiryək (xaşxaş) əkini sahələri 32 faiz artaraq 233 min hektara çatıb.
İllər üzrə statistik göstəriciləri müqayisə edən Vohidzoda bildirib ki, 2020-ci ildə Tacikistanda 2 ton 425 kiloqram, 2021-ci ildə 4 ton 83 kiloqram əfqan narkotiki ələ keçirilmişdisə, 2022-ci ildə bu rəqəm 4 ton 991 kiloqrama yüksəlib. Bu ilin altı ayında isə Tacikistanın Əfqanıstanla həmsərhəd rayonlarında 2 ton 476 kiloqram narkotik müsadirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]