ƏHALİNİN PUL GƏLİRLƏRİ ARTMIŞDIR
Keçən il əhalinin adambaşına düşən pul gəlirlərinin aylıq həcmi orta hesabla 248,6 min manat təşkil etmişdir.
Bu dövrdə pul gəlirlərinin 60,9 faizi malların alınmasına, 12,8 faizi isə müxtəlif xidmətlərin göstərilməsinə sərf edilmişdir. Əhali tərəfindən həmçinin 23859,8 milyard manat vəsait xərclənmiş və gəlirlərlə xərclərin arasında 348,1milyard manat həcmində müsbət saldo yaranmışdır.