Əhməd Əbu Əl-Ğeyt yenidən Ərəb Liqasının Baş katibi seçilib
Qahirə, 4 mart, AZƏRTAC
Ərəb ölkələri xarici işlər nazirlərinin iclasında misirli siyasətçi və diplomat Əhməd Əbu Əl-Ğeytin daha 5 il müddətinə Ərəb Dövlətləri Liqasının Baş katibi seçilməsi barədə qərar qəbul edilib.
AZƏRTAC xəbər verir ki, ərəb dövlətlərinin xarici siyasət idarəsi rəhbərlərinin 155-ci sessiyasından əvvəl liqanın rəhbərinin seçilməsi məsələsi müzakirə edilib. Nazirlər yekdilliklə Əl-Ğeytin namizədliyini dəstəkləyiblər. Misir Prezidenti Əbdülfəttah əl-Sisi tərəfindən namizədliyi irəli sürülən 78 yaşlı Baş katibin hazırkı səlahiyyət müddəti bu ilin iyununda başa çatır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]
İsrail İranın neft-kimya kompleksinə zərbə endirib
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]