Ehtiyatsızlıqdan həmkəndlisini öldürən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Bakı, 23 avqust, AZƏRTAC
Aprelin 26-da Sabirabad rayonunun Beşdəli kənd sakini Qələm Balakişiyevanın öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Sabirabad Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, istintaqla Sabirabad rayonunun Beşdəli kənd sakini Ehtiram Tarverdiyevin qeyd edilən tarixdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən xidməti vəzifələrinin icrası ilə əlaqədar onun yaşadığı ünvana gəlmiş polis əməkdaşlarına atdığı daş parçasının həmkəndlisi Qələm Balakişiyevanın baş nahiyəsinə dəyməsi nəticəsində sonuncunu ehtiyatsızlıqdan öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Ehtiram Tarverdiyevə Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə), 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilən xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə yekun ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]
Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər
- 29.09.2026 [14:12]
® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]