Ekoaksiya: Daha dörd avtomobilin ərazidən sərbəst keçidinə şərait yaradılıb
Şuşa, 17 fevral, Ceyhun Alışlı, AZƏRTAC
Bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus dörd avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, aksiya iştirakçıları sülhməramlıların üç yük avtomobilinin Xankəndidən Laçın, birinin isə əks istiqamətdə hərəkətinə şərait yaradıblar.
Həmişə olduğu kimi, bu gün - ekoaksiyanın 68-ci günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Qeyd edək ki, bu gün sülhməramlılara aid 74 avtomobilin aksiya ərazisindən sərbəst hərəkəti təmin olunub.