Ekofəallar sülhməramlıların daha iki avtomobilinin keçidinə şərait yaradıblar
Şuşa, 17 fevral, Ceyhun Alışlı, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən maneəsiz hərəkət edirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus iki avtomobilin Xankəndindən Laçın istiqamətinə doğru hərəkətinə şərait yaradılıb.
Sülhməramlılara aid nəqliyyat vasitələrinin aksiya ərazisindən heç bir maneə olmadan hərəkət etməsi bir daha aksiyanın məramını açıq-aşkar göstərir. Azərbaycanlı ekofəallar ilk gündən olduğu kimi, humanist prinsiplərə sadiqdirlər.
Xatırladaq ki, bu gün hazırkı vaxtadək sülhməramlılara məxsus 60 avtomobil aksiya ərazisindən sərbəst keçib.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.