ƏL-ƏKSA MƏSCİDİNİN TALEYİ İSLAM KONFRANSI TƏŞKİLATINI NARAHAT EDİR
AZƏRTAC-ın Müstəqil İslam İnformasiya Agentliyindən aldığı xəbərə görə, İslam Konfransı Təşkilatı (İKT) İsrailin hərəkətləri nəticəsində Qüdsdə müsəlmanların zədələnmiş dini və tarixi yerlərinin vəziyyətindən son dərəcə narahat olduğunu bildirmişdir. Əl-Əksa məscidinin vəziyyəti xüsusi narahatlıq doğurur.
İKT beynəlxalq birlikdən şəhərin tarixi irsini məhv edənlərin məsuliyyətə cəlb olunmasını tələb edir. İKT-nin baş katibi Ekmələddin İhsanoğlu öz bəyanatında vurğulamışdır ki, təşkilat işğal altında olan Qüdsün tarixi, dini və mədəniyyət abidələrini mühafizə etmək üçün səylərini əsirgəməyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]