“Əl-İslah” qəzeti: Ermənistan öz təcavüzkar siyasətindən əl çəkmir
Bakı, 1 may, AZƏRTAC
Azərbaycan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan öz təcavüzkar siyasətindən hələ də əl çəkmir.
Azərbaycanın Mərakeşdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu fikir Mərakeşin “Əl-İslah” qəzetində dərc olunmuş məqalədə öz əksini tapıb.
Məqalədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnaməyə dair açıqlaması da yer alıb.
“Əl-İslah” qəzetində dərc edilmiş digər məqalədə isə İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəninin
Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçiriləcək “parlament seçkiləri”ni pisləməsi ilə bağlı bəyanatına yer verilib.