Əlcəzairdə yanğınlar 15 nəfərin həyatına son qoyub
Bakı, 25 iyul, AZƏRTAC
Əlcəzairin 16 əyalətini əhatə edən güclü yanğınlar nəticəsində ötən gün azı 15 nəfər ölüb, 25 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə bazar ertəsi ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Xilasetmə xidmətləri anomal güclü istilər səbəbindən yanğının baş verdiyi ərazilərdən minlərlə insanı təxliyə edib.
Ölkənin şimalında - Bejaya, Buira, Jijel, Tizi-Ouzou əyalətlərində yüzə yaxın yanğın qeydə alınıb. Yanğın nəticəsində kənd təsərrüfatı sahələrinə ciddi ziyan dəyib.
Yüksək tepmepratur və güclü külək yanğının söndürülməsini çətinləşdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]