Elektron formada tərtibi və qeydiyyatı aparılan ipoteka kağızının sayı 13 mini ötüb
Bakı, 3 sentyabr, AZƏRTAC
Cari ilin avqustun 30-dək İpoteka Kağızının Elektron Sistemi vasitəsilə 13 min 482 ipoteka kağızının tərtibi və qeydiyyata alınması elektron şəkildə aparılıb.
AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, əvvəllər bu sənədlər yalnız kağız daşıyıcıda tərtib edilirdi və Mərkəzi Bank tərəfindən kağız daşıyıcıda qeydiyyata alınırdı.
Bu sistem daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının ipoteka qoyanlar tərəfindən tərtib edilməsi, həmin kağızın ipoteka saxlayanların adına qeydiyyata alınması, habelə ipoteka kağızına xitam verilməsi ilə bağlı müvafiq əməliyyatları elektron formada aparmağa imkan verir.
Yuxarıda adıçəkilən əməliyyatların tam elektronlaşdırılması ölkəmizdə kredit, ipoteka və daşınmaz əmlak bazarının inkişafına, bu sahələrdə şəffaflığın və etibarlılığın artmasına töhfə verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]